mobil versiya

Dibala və sevgilisində yenidən koronavirus aşkarlandı




İtaliyanın "Yuventus" klubunun hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatini növbəti dəfə koronavirusa yoluxub.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, onlar yenidən karantin altına alınıblar.

Virus analizi müsbət nəticə verən cütlük özlərini şəxsi evlərində təcrid etməyə məcbur olublar.

Dibalanın və özünün səhhəti barədə danışan Sabatini təəccübünü gizlətməyib: 

"Martın 21-də ilk testdən keçdik və nəticə müsbət oldu. 3 gün sonra yenidən analiz verdik. Bu dəfə isə əksi oldu. Üçüncü test isə hələ də bizdə koronavirus simptomlarının olduğunu göstərdi. Bunun necə işlədiyini və analizlərin niyə əvvəl mənfi, sonra isə müsbət nəticə verdiyini bilmirəm".

SON XƏBƏR / GÜNDƏM
Baxılıb: 46 Tarix: 4-04-2020, 23:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə