mobil versiya

"Fiorentina"nın daha iki futbolçusu koronavirusa yoluxdu


İtaliyanın "Fiorentina" klubunun futbolçuları Patrik Kutrone və Herman Passelyada koronavirus aşkarlanıb. 

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bu oyunçularla yanaşı Florensiya təmsilçisinin fizioterapevti Stefano Dainellinin də testi müsbət nəticə verib. 

Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilib. 

Qeyd edək ki, daha öncə "Fiorentina"nın digər futbolçusu Duşan Vlahoviç də koronavirusa yoluxub. İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb. 

SON XƏBƏR / DÜNYA / İDMAN
Tarix: 14-03-2020, 13:33