mobil versiya

Fransada koronavirusa yoluxanların sayı artdı




Fransada daha iki nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

“Report”un Fransa bürosu xəbər verir ki, koronavirus Lombardiyadan səyahətdən qayıdan fransızda və Çindən gələn qızda (Çin vətəndaşı-red) aşkarlanıb. Onlardan yalnız biri - Lombardiyadan qayıtmış fransalı hazırda xəstəxanadadır.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 14-ə çatıb. Onlardan 13-ü sağalıb. 

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 26-02-2020, 10:40