mobil versiya

Lisey və gimnaziyalarda II mərhələ seçimləri başlanılır


Bu gün saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilir.

Bu barədəTəhsil İnstitutu məlumat yayıb.

II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.
II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:
İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;
I mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər;
I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.

II mərhələ üzrə seçim prosesi 27 avqust 2025-ci il saat 23:59-da başa çatacaq.

III mərhələ nəzərdə tutulmayıb.

Reportyor.az





KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:49