Səfir: Sülh məsələsinə gəldikdə, macarlara etibar etmək olar

23 oktyabr 1956-cı il Macarıstan İnqilabının ildönümünü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Səfir Tamaş Yojef Torma çıxış edəərk deyib ki, 1956-cı il inqilabı məölub olsa da, onun ideyaları qalib gəldi: "Tariximiz boyu izlənilə bilən, damarlarımıza hopmuş ideallar və kənar müşahidəçi tərəfindən macar ruhu ilə eyniləşdirilən ideallar. Bunlar auverenlik, milli kimliyimizə sadaqət və azadlıq və sülh arzusudur".
Daha sonra ölkələrimiz arasında əlaqələrə toxunan diplomat Macarıstanla Azərbaycan arasında münasibətlərin son dərəcə dərin və çox şaxəli olduğunu diqqətə çatdırıb.
Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müstəqilliyinin ilk günlərindən dəstəklədiyini xatırladaraq bildirib ki, bu dəstək beynəlxalq hüququn prinsiplərinə hörmət və anlayış əsasında olmaqla yanaşı, həm də suverenliyə olan həssaslığımızdan irəli gələn təbii reaksiya idi.

"Azərbaycan bir neçə gün əvvəl oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd etdiyi və tezliklə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illik yubleyini qeyd edəcəyi bir vaxtda qeyd etmək lazımdır ki, Macarıstan adından suverenliyə dəstək heç vaxt sadə nəzəri xarakter daşımayıb. Macarıstan hüquqşünasları Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin yaradılmasına öz töhfələrini verib. Bu əməli dəstəyin təbii davamı ondan ibarətdir ki, beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Macarıstan ilk olaraq Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətini bəyan etdi və hazırda bu işlər davam edir.
Bu gün xalqlarımız müstəqil, suveren və azaddır. Münasibətlərimiz bütün səviyyələrdə və hər sahədə əladır və 2023-cü ilin yanvarında genişlənmiş strateji tərəfdaşlığa yüksəlib. O vaxtdan bəri Prezident İlham Əliyev iki dəfə Macarıstana, Baş nazir Viktor Orban isə dördüncü dəfə Azərbaycana səfər edib, və onlar bir sıra beynəlxalq görüşlər keçirib".
Səfir deyib ki, Macarıstanın MOL və MVM şirkətləri Azərbaycanda dünyanın ən böyük və təbii qaz və xam neft yataqlarına mülkiyyət hüququ əldə edib, ölkə şirkətləri beynəlxalq enerji bazarlarına fərqli imkanlara çıxa bilər: təkcə alıcı kimi deyil, həm də satıcı kimi: "Beləliklə, SOCAR və bizim iki şirkətimizlə sıx əməkdaşlıq təkcə korporativ məsələ deyil, həm də Macarıstanın enerji təhlükəsizliyinə və enerji suverenliyimizə güclü töhfədir və macarıstan bunu yüksək qiymətləndirir. Yaşıl enerji sahəsində əməkdaşlığımız Yaşıl Enerji Dəhlizi layihəsi ətrafında cəmlənir və Azərbaycanın bərpa olunan enerji sektoruna mümkün investisiyalar barədə müzakirələr davam edir".
Biz özümüzü Avropanın mərkəzində min ildən artıq xristian adət-ənənələrinə və dövlətçiliyinə malik bir millət kimi, türk xalqları ilə ortaq köklərə və qohumluq şüuruna malik bir xalq kimi görürük. Macarıstanın TDT-ya müşahidəçi kimi daxil olması bu unikal kimliyinin siyasi ifadəsidir.
Yüksək ikitərəfli əlaqələr və çoxşaxəli əməkdaşlığa əlavə olaraq bizi sülhə dair ümumi baxışımız birləşdirir. Əminik ki, Prezident İlham Əliyevin apardığı Azərbaycanın cəsarətli və qətiyyətli sülh siyasəti bu ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin tarixi paraflanmasına və növbəti ümidverici addımlara, o cümlədən Milli Məclisin sədir Sahibə Qafarovanın erməni həmkarı ilə ötəngünkü ikitərəfli görüşü də daxil olmaqla, digər ruhlandırıcı addımlar, habelə Azərbaycanın artan beynəlxalq rolu ilə birlikdə daha geniş regionda sabitlik, rifah və sülhün yeni erasını açır. Sülh məsələsinə gəldikdə, macarlara etibar etmək olar.

Azərbaycan hökuməti adından bayram münasibətilə macar xalqını təbrik edən xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, iki ölkə Xarici İşlər nazirlikləri arasında strateji dialoqun dekabr ayında keçirilməsi planlaşdırılır.
Nazir müavini bildirib ki, Azərbaycanla Macarıstan aarsında ikitərəfli siyasi dialoq mexanizmləri qorunub saxlanır: “Macarıstanla münasibətlər bütün sahələrdə genişləndirilir. Ötən il Macarıstan Azərbaycanda üçüncü ən böyük investor olub. Macarıstan enerji sahəsində əsas tərəfdaşlardan biridir. Həmçinin, təhsil sahəsində də əməkdaşlıq yaxşı səviyyədədir. İnanırıq ki, münasibətlər bundan sonra da yüksək səviyyədə davam edəcək”.

Çıxışlardan sonra səfir Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən "Xidmətlərə görə ulduzlu komandor xaçı" ordeni ilə təltif olunan Azərbaycan-Macarıstan Parlamentlərarası Dosluq Qrupunun sədri Əli Hüseynliyə ordeni təqdim edib.
Rəsmi hissədən sonra Tilla Török Xalq Ansamblı Macarıstan və Azərbaycan xalq mahnılarını ifa edib. Tilla xanımın güclü və duyğulu səsi, həmçinin xalq və müasir musiqi alətlərinin harmoniyası tədbirə xüsusi rəng qatıb.


Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 22:03