mobil versiya

Niderland səfiri Mariann de Yonq ADA Universitetini ziyarət edib



Bu gün Niderland Krallığının Azərbaycandakı səfiri Mariann de Yonq ADA Universitetini ziyarət edib və prorektorlar Fariz İsmayılzadə və Günay Ziyadova ilə görüşüb.

Bu barədə səfirlik sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı təhsil, innovasiya və akademik mübadilə sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.
Universitetlər arasında əlaqələrin gücləndirilməsi və gənc mütəxəssislər arasında dialoqun təşviqi uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı anlayış üçün mühüm əhəmiyyət daşıyır.

Reportyor.az



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:14