mobil versiya

Niderland Krallığı Azərbaycana yeni səfir təyin edib





Niderland Krallığı Azərbaycana yeni səfir təyin edib.

Reportyor.az xəbər verir ki, bu barədə Niderland Krallığının Azərbaycandakı Səfirliyi məlumat paylaşıb.

Məlumatda deyilir: "Səfirlik xanım Marianne de Yonqun Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunduğunu elan etməkdən şərəf duyur".

Azərbaycandakı diplomatik missiyasına rəsmi başlamazdan əvvəl xanım Yonq Noordeinde Sarayında Kral Villem-Aleksandrın hüzurunda and içib.

Səfir de Yonq diplomatik xidmət sahəsində iyirmi ildən artıq zəngin və peşəkar təcrübəyə malikdir. Bakıya təyinatından əvvəl o Niderlandın İspaniyadakı Səfirinin Müavini vəzifəsində çalışmış, həmçinin Haaqada və Niderlandın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyində yüksək vəzifələrdə çalışıb.

O, 2020-ci ildən etibarən Bakıda səfir olmuş xanım Pauline Eizemanı əvəz edir.
Səfirlik Səfir de Yonqun rəhbərliyi ilə Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndiriləcəyinə ümid edir.

Reportyor.az





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:26