İlk 9 ayında ölkə üzrə stomatoloji klinikada aparılan yoxlamaların sayı açıqlanıb

2025-ci ilin ilk 9 ayında ölkə üzrə 75 özəl stomatoloji klinikada yoxlamalar aparılıb.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, nəticədə 69 klinikada nöqsanlar aşkar edilib, 6 klinika isə fəaliyyətini mövcud qanunvericiliyə tam uyğun şəkildə həyata keçirib:
Yoxlamalar zamanı ən çox rast gəlinən nöqsanlar və qanun pozuntuları aşağıdakılardır:
* Lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar aşkar edilib – 31 halda;
* Lisenziya olmadan iş və fəaliyyət aşkarlanıb – 14 halda;
* Lisenziyadan kənar iş və fəaliyyət aşkarlanıb – 8 halda;
* Sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşqul olma faktı aşkarlanıb – 9 halda;
* Lisenziya olmadan iş və fəaliyyət, sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşqul olma faktı aşkarlanıb – 2 halda;
* Sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşqul olma faktı aşkarlanıb – 5 halda.
Qeyd edilir ki, aparılan yoxlamaların nəticəsi olaraq, “İnzibatı Xətalar Məcəlləsi”nə əsasən inzibati protokollar tərtib olunub, lisenziya şərtləri ilə bağlı nöqsanlara görə rəsmi qərar və bildirişlər verilib, klinikalara nöqsanların aradan qaldırılması üçün müddət verilib.
"AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar özəl tibb müəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
* “Bir pəncərə” sektoru
* Qaynar xətt: (012) 596 05 20
* E-poçt: aem@pharma.az
* Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir",- Mərkəzdən əlavə olunub. (trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:47