mobil versiya

48 aptekdə yoxlamalar aparılıb





Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.

Mərkəzdən verilən məlumata görə, iyul ayı ərzində Bakı şəhəri üzrə 21, respublikanın digər şəhər və rayonlarında isə 27 aptek olmaqla ümumilikdə 48 aptekdə yoxlama aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.
Aparılan yoxlamalar nəticəsində 19 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:18