Fevral ayında 18 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb.
Reportyor.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla, 16 aptekdə planlı, 2 aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.
Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 16:27