53 aptekdə yoxlamalar aparılıb
Cari ilin oktyabr ayı ərzində aptek təşkilatlarında keçirilən yoxlamalar nəticəsində Bakı şəhəri üzrə 1, digər respublikanın digər şəhər və rayonlarında 52 aptek olmaqla, ümumilikdə 53 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb.
Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, yoxlamalar zamanı 9 aptekdə nöqsan aşkarlanıb ki, onların 8-i rayonlarda yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə 9 protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaradan hər hansı dərman vasitəsi haqqında bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür" - deyə bildirilib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 3-11-2023, 17:17