Ötən ay 32 aptekdə yoxlamalar keçirilib
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən verilən məlumata görə, cari il iyunun 1-dən 30-dək Bakı şəhəri üzrə 27, rayonlar üzrə 5 aptek olmaqla 32 aptekdə yoxlamalar həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 7 adda 40 qutu dərman müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq protokol tərtib edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 11-07-2023, 11:17