Ötən ay 51 aptekdə yoxlama aparılıb
Ötən ay 51 aptekdə yoxlama aparılıb.
Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Belə ki, Bakı şəhəri üzrə 30, digər rayonlar üzrə 21 aptek olmaqla, ümumilikdə 51 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 15 protokol tərtib edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-05-2023, 12:59