XİN Macarıstanın Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi - XİN Macarıstanın Milli Günü münasibətilə təbrik edib.
XİN bu barədə sosial media hesabında paylaşım edib.
"Macarıstanın Milli Günü münasibətilə dost Macarıstan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Biz ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə ümid edirik".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 23-10-2025, 14:39



























