mobil versiya

Havanın temperaturu 34 dərəcəyə yüksələcək





Mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən REPORTYOR.AZ bildirilib ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 15-18° isti, gündüz 23-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək.

Nisbi rütubət 70-75%, gündüz 40-45% olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 30-34° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacaq.

SON XƏBƏR / KARUSEL
Tarix: 20-05-2020, 14:00