mobil versiya

Bakıda polisə zibil atanların cəzaları məlum oldu - VİDEO



Bir neçə gün əvvəl Yasamal rayonu ərazisindəki yaşayış binalarından polis əməkdaşlarının üzərinə zibil atan şəxslər barədə məhkəmə qərarı verilib.

REPORTYOR.AZ xəbər verir ki, saxlanılan şəxslər inzibati qaydada həbs edilib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

Yasamal Rayon Məhkəməsi saxlanılan 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verib.



SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 9-06-2020, 10:35