mobil versiya

Hava yağıntılı olacaq




İyulun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

REPORTYOR Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 19-24, gündüz  31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə  isti olacaq.

SON XƏBƏR / KARUSEL
Tarix: 1-07-2020, 15:21