mobil versiya

Emin Ağalarov Hadı Rəcəblinin nəvəsinə keçirdiyi “toy”dan danışdı



“Bizim restoranda toy mərasimi keçirilməyib”.

Qazet.az xəbər verir ki, bunu “Sea Breeze” restoranının sahibi, Xalq artisti Emin Ağalarov İnstaqram hesabında yazıb.

O bildirib ki, pandemiya ilə əlaqədar hazırkı şəraitdə restoranda toyun keçirilməsi mümkünsüzdür:

“Mətbuatda belə bir məlumat yayılıb ki, bizim məkanda toy mərasimi keçirilib. Karantin şərtlərini nəzərə alaraq restoranın terrasında cəmi 6 nəfər yerləşə bilər. Həmçinin karantinə görə yalnız çimərlik işləyir və hovuzlarımız açıq deyil. “Sea Breeze” restoranında toy mərasimi keçirilməyib”.

Qeyd edək ki, sabiq millət vəkili Hadı Rəcəblinin ötən gün nəvəsinə təmtəraqlı toy mərasimi keçirdiyi haqda məlumat yayılıb. Bildirib ki, “Sea Breeze” restoranında keçirilən mərasimdə 150 qonaq iştirak edib. Emin bu məlumatı təkzib edib.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-08-2020, 21:09