mobil versiya

Azərbaycanda dəhşət: Gəlin qayınatasını bıçaqladı



Astarada bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Qeyd edək ki, Aysel Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, onun yenidən ər evinə qayıtmaq istəyi qayınatasının narazılığına səbəb olub və nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib.

Artıq polis əməkdaşları tərəfindən saxlanılan A.Axundova törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 14-09-2020, 09:53