mobil versiya

Ağcabədidə 4 uşaq anası intihar edib




Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. Rayon sakini, 27 yaşlı qadın Günay Quliyeva özünü yaşadığı evdən asaraq intihar edib.

Qeyd edək ki, G.Quliyeva 4 uşaq anasıdır. Onun ən kiçik övladı 7 ay əvvəl dünyaya gəlib. G.Quliyevanın yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailə daxili münaqişələr olub. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb. İntihar edən gənc qadının başında və bədənində xəsarətlər də olub. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən öldürüldüyünü iddia edir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 11-03-2020, 16:11