Nazirlik: ""Əlilliyin müəyyən olunması meyarları" əlillik təyinatının daha obyektiv aparılmasını təmin edəcək”

“Qeyd olunmuş ölkələr, eləcə də bir sıra dünya ölkələrində epidemiologiya, sağlamlığın idarə olunması və kliniki məqsədlər üçün Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT) və Funksionallığın Beynəlxalq Təsnifatından (FBT) geniş istifadə olunur. "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmış yeni layihəsi də Beynəlxalq Səhiyyə Təşkilatının XBT əsasında xəstəliklərin bölgüsünün aparılması, insan orqanizminin funksiyalarının sabit pozuntularının geniş və təfsilatlı təsvirinin verilməsi, insan orqanizminin funksiyalarının sabit pozuntularının 10-100% diapazonunda qiymətləndirilməsi və bundan irəli gələrək FBT əsasında özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə, əmək fəaliyyəti bacarıqları kmi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə əlilliyin müəyyən olunmasına dair meyarları özündə ehtiva edir”.
Məlumatda qeyd edilir ki, aparılan bu islahat tədbirinin əsas hədəfi əlillik təyinatlarında ünvanlılığın və sosial ədalətin təmin edilməsi, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsidir:
“Yeni meyarların tətbiqi əlillik təyinatının daha obyektiv aparılmasını təmin edəcək. Belə ki, əvvəlki meyarlara görə əlilliyi olan şəxslərə l, ll və lll dərəcə təyin olunurdu və l dərəcəyə aid olan vəziyyəti ağır, kənar şəxsin qulluğuna ehtiyacı olan xəstələrlə, kənar şəxsin daimi qulluğundan tam asılı olan xəstələr arasında heç bir fərq olmurdu. Yeni meyarlar xəstəliyin ağırlığını, gedişatın formasını, prosesin aktivliyini, kəskinləşmələrin tezliyini, patoloji prosesin baş verdiyi orqanların əhatə dairəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Meyarlar həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcəsi nəzərə alınaraq daha obyektiv qiymətləndirmə aparmağa imkan yaradacaq. Beləliklə, insan orqanizminin funksiya pozuntusu haqqında dəqiq qərar çıxarılacaq”.
Günay Elşadqızı /APA/
SOSİAL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 30-08-2019, 14:22