Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb. APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanın 7-ci hissəsinə edilən dəyişikliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidindən 309-a qaldırılıb.
Digər dəyişikliklə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidindən 4366-ya endirilib.
Mirmahmud Kazımoğlu
SOSİAL / CƏMİYYƏT

Tarix: 26-08-2019, 20:31