mobil versiya

Azərbaycanda polis borcunu qaytarmayan 12 nəfəri tutdu



Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən reportyor.az-a məlumat verilib.

Verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.
---
Tarix: 17-09-2019, 11:46