mobil versiya

G7 Amazon meşələrindəki yanğınla bağlı 20 milyon dollar yardım ayıracaq


G7 ölkələri Amazon meşə yanğınlarının təsirinə məruz qalan ölkələrə təcili olaraq 20 milyon dollar yardımın ayrılması ilə bağlı razılığa gəliblər.APA-nın "Sky News" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
E. Makron ABŞ Prezidenti Donald Trampın G7 sammitinin iqlim və biomüxtəliflik sessiyasında iştirak etmədiyini, lakin qəbul olunan qərarla bağlı məlumatlandırıldığını bildirib. Fransa Prezidenti amerikalı həmkarının təcilli maliyyə dəstəyinin ayrılması ilə bağlı G7-nin təşəbbüsünü dəstəklədiyini qeyd edib.
E.Makron tropik meşələrin qorunması üçün uzunmüddətli qlobal təşəbbüsün başladılacağını da əlavə edib.  
Zümrüd Paşkin





DÜNYA / HADİSƏ
Tarix: 26-08-2019, 15:29