mobil versiya

Həbsxanada 35 il günahsız yatdı, milyonçu oldu


ABŞ-ın Nevada ştatının sakini cinayət törətmədiyi halda 35 il həbs cəzası çəkdiyi üçün məhkəmənin qərarı ilə üç milyon dollar kompensasiya alıb. Publika.az xəbər verir ki, bu haqda “Daily Mail” nəşri bildirib.
1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçellin qətlində ittiham olunaraq 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətin özü 1976-cı ildə törədilmişdi. Nevada ştatının Ali Məhkəməsi hökmü ləğv edib, ancaq 1984-cü ildə qadın yenidən ittiham olunub. Cinayət işinə baxan yuxarı instansiya məhkəməsi də hokmü qüvvədə saxlayıb.
Vudsun günahsızlığı 1976-cı ildə istintaq hərəkətlərinin yerinə yetilrməsi zamanı mövcud olmayan DNT analizinin köməyi ilə müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Vəkilin sözlərinə görə, Vuds həmçinin Reno şəhərinin hakimiyyətindən və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından əlavə kompensasiya almağa nail olmaq niyyətindədir.

/publika.az/
DÜNYA / HADİSƏ
Tarix: 30-08-2019, 10:44