Aktrisa Valeri Harper vəfat edib

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 80 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.
V. Harper “Meri Tayler Murun Şousu”, “Valeri” və başqa sitkomlardakı rollarına görə məşhurlaşmışdı.
Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına və bir dəfə “Qızıl Qlobus”a layiq görülüb.
Mirmehdi Ağaoğlu /APA/
DÜNYA / MƏDƏNİYYƏT
Tarix: 31-08-2019, 10:49