mobil versiya

“AzerGold” QSC 2022-ci ildə də təhlükəsiz istehsalat fəaliyyətini təmin edib



2022-ci il ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib. 
 “AzerGold” QSC-dən "Reportyor.az"a daxil olan məlumatda deyilir. Nəticədə 2022-ci ildə “AzerGold” QSC-də xəsarətsiz ötüşən iş saatlarının miqdarı 842 min 612 saata, ümumilikdə 2016-2022-ci illər ərzində isə 3 milyon 630 min 208 saata çatıb.


GÜNDƏM / İQTİSADİYYAT
Tarix: 16-03-2023, 17:03