
Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülmüşdür. FHN-dən verilən məlumata görə, yanğın nəticəsində 50 ha sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 ha sahədə kol-kos və ağaclar yanıb.Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub./Trend/
HADİSƏ /
ÖLKƏ /
CƏMİYYƏT