
Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.FHN-in Mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
/publika.az/
HADİSƏ /
ÖLKƏ