Brüsseldə qərbi azərbaycanlıların qayıdışı məsələləri müzakirə edilib

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin təşəbbüsü ilə “Evə qayıdış və regional sülh” mövzusunda keçirilən beynəlxalq konfransda qərbi azərbaycanlıların qayıdışının hüquqi və digər aspektləri geniş müzakirə olunub
Brüssel şəhərində “Returning home and regional peace” – “Evə qayıdış və regional sülh” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Brüsseldə fəaliyyət göstərən beyin mərkəzlərinin, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Konfransda qaçın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələləri, onlara reinteqrasiya dəstəyi, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar üçün əmək və ya təhsil təşəbbüsləri, bu kontekstdə qərbi azərbaycanlıların öz doğma yurlarına qayıdışı hüququnun reallaşması perspektivi, Avropa İttifaqı, BMT və beynəlxalq təşkilatların bu prosesdə mümkün rolu müzakirə edilib.
Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən, İslahatçı Qadınlar və İnnovasiyalar İB (İQİİB) tərəfindən icra olunan “Qərbi Azərbaycanlıların hüquqularının beynəlxalq platformalarda müdafiəsi” layihəsi çərçivəsində keçirilib.

Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını ciddi və uğurlu addım kimi qiymətləndirən spikerlərindən, müstəqil siyasi Avropa Parlamentinin keçmiş üzvü Frank Schwalba-Hoth bildirib ki, Aİ sülhə doğru irəliləyişi ciddi şəkildə izləyir və bu addımları alqışlayır: “Sadəcə hər iki ölkənin üzərinə ciddi iş düşür, olanları unutmaq və yeni yola, münasibətlərə başlamaq lazımdır. Xüsusilə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, logistik və s kimi məsələlərin həlli ilə yanaşı, iki xalq arasında inteqrasiya məsələləri də yavaş-yavaş inkişaf etdirilməlidir.”
Son zamanlar bir sıra ölkələrin qaçqınlıq problemi ilə üzləşdiklərini və bundan ən çox həssas qrupa aid olan qadınlar və uşaqların əziyyət çəkdiyini qeyd edən Avropa Miqrasiya Qrupunun rəhbəri doktor Başak Yavcan vurğulayıb ki, insanların məcburi miqrasiyaya məruz qalması və onun fəsadlarının aradan qaldırılması, uzun müddətli və ciddi problemdir: “Xüsusilə inteqrasiyanın siyasət ölçülərinə diqqət çəkən məqamlar var ki, qeyd etdiklərimizi bir daha tıəsdiqləyir. Çünki istər xarici miqrantlar, istərsədə daxildə məcburi şəkildə öz yerlərindən miqrasiya etmiş insanlara qarşı qərəzi azaltmaq, inamı gücləndirmək, ictimai rəyi yaxşılaşdırmaq önəmlidir. Təbii ki, əmək yönümlü işlər, çünki təhsilli miqrantların inteqrasiyası, digərlərinə nisbətən daha uğurlu inkişaf edir. Ona görə, məcburi miqrantların yenidən qayıtması və inteqrasiyası ilə bağlı müxtəlif proqramlarda iştirakları önəmldir”.

Konsepsiyanın məqsədi isə geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması və hüquqi təminat altına alınması, qayıdan əhalinin təhlükəsizliyi, sosial müdafiəsi və re-inteqrasiyasıdır.
Z.İbrahimli vurğulayıb ki, qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması, regional sülh və ədalətin bərpasına töhfə vermək deməkdir. O, diqqətə çatdırıb ki, Azərbaycan dövlət başçısı, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qərbi azərbaycanlıların qayıdışı sülh yolu və beynəlxalq hüquq əsasında təmin edilməlidir.
Konfransda qaçqınlıq və məcburi miqrasiyada qadınların qarşılaşdıqları ciddi problemlər və bu problemlərdən çıxış yolu ilə bağlı çıxış edən, “Avropa Ukraynalıların səsinə hazır olun” qaçqınlar komitəsinin təsisçisi və idarə heyətinin üzvü Alina Kokhanko Ukrayna müharibəsinin nəticələri və məcburi qaçqınların qarşılaşdıqları problemləri səsləndirib və Azərbaycanlı qaçqınların hüquqlarının bərpasının ciddi məsələ olduğunu vurğulayıb.

Ukraynalı ekspert Anna Ponomarenko Ukrayna qaçqınlarının ağır qaçqınlıq hekayələri barədə, qaçqınlığın millətindən asılı olmayaraq, bütün insanların həyatında dərin iz buraxdığını vurğulayıb.
Tədbirdə Azərbaycanı təmsil edən ekspertlər qaçqın düşmüş qərbi azərbaycanlıların sayı, onların ölkənin hansı bölgəsində yerləşmələri, Ermənistanda hansı ərazilərdə yaşadıqları, qayıdışın hüquqi tərəfləri, Qayıdış Konsepsiyasının reallaşması, Ermənistanla sülh sazişi bağlanması perespektivi və s kimi sualları cavablandıraraq, xəritə üzərindən izah ediblər.
Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndəsi Sübhan Rəhimli iştirak edib.(qht.az)
KARUSEL / DÜNYA
Tarix: Dünən, 19:00