mobil versiya

Qrip əleyhinə peyvəndlənmə başlanılıb



Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması məqsədilə tibb müəssisələrində sanitar-gigiyenik rejimin gücləndirilməsi ilə yanaşı, xüsusilə risk qruplarına daxil olan şəxslər arasında qrip əleyhinə peyvəndlənmə tədbirlərinə başlanılıb.
Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir.
Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qripə qarşı vaksinasiya Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində 8 oktyabr tarixindən həyata keçirilir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.
Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.
Qeyd edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.
Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələri
Müəssisə adıÜnvan

Səbail rayonu
11 nömrəli Şəhər PoliklinikasıSəbail rayonu, Bül-Bül pr. 16
22 nömrəli Şəhər PoliklinikasıSəbail rayonu, Lermantov 123
333 nömrəli Şəhər PoliklinikasıSəbail rayonu, Bayıl qəs., Neftçi Qurban 59
434 nömrəli Şəhər PoliklinikasıSəbail rayonu, Badamdar qəs.S.Xəlilov küç 1
515 nömrəli Uşaq PoliklinikasıSəbail rayonu, Bayıl qəs. M.Usenov 29
Nəsimi rayonu
15 nömrəli Şəhər PoliklinikasıNəsimi rayonu, Bakıxanov 42
220 nömrəli Şəhər PoliklinikasıNəsimi rayonu, 3-cü mkr. Cavadxan 22
31 nömrəli Uşaq PoliklinikasıNəsimi rayonu, C.Cabbarlı küç 44
412 nömrəli Uşaq PoliklinikasıNəsimi rayonu, 1-ci mkr. A.Məhərrəmov 25
53 nömrəli Uşaq PoliklinikasıNəsimi rayonu, R.Behbudov 30
Yasamal rayonu
116 nömrəli Şəhər PoliklinikasıYasamal rayonu, İnşaatçılar 12\26
219 nömrəli Şəhər PoliklinikasıYasamal rayonu, H.Zərdabi 61
33 nömrəli Şəhər PoliklinikasıYasamal rayonu, F.İbrahimbəyov 23
439 nömrəli Şəhər PoliklinikasıYasamal rayonu, Xiyabani 25
55 nömrəli Uşaq PoliklinikasıYasamal rayonu, Hüseyn Cavid 20, məhəllə 528
Binəqədi rayonu
110 nömrəli Şəhər PoliklinikasıBinəqədi rayonu, 8-ci mkr Azadlıq pr 176
227 nömrəli Şəhər PoliklinikasıBinəqədi rayonu, 6-cı mkr. İ.Həşimov 1
335 nömrəli Şəhər PoliklinikasıBinəqədi rayonu, Binəqədi qəs.1 mədən 30
420 nomrəli uşaq poliklinikasıBinəqədi rayonu, M.Davudov 3
5Xocasən Sağlamlıq MərkəziBinəqədi rayonu, Xocasən şosesi 10.
Nizami rayonu
126 nömrəli Şəhər PoliklinikasıNizami rayonu, 8 km Naxçıvan 43A
244 nömrəli Şəhər poliklinikasıNizami rayonu, Nəsimi 11
346 nömrəli Şəhər PoliklinikasıNizami rayonu, Keşlə qəs Sabir 61
417 nömrəli Uşaq PoliklinikasıNizami rayonu, Q.Qarayev 84
519 nömrəli Uşaq PoliklinikasıNizami rayonu, Babək, 75
Nərimanov rayonu
114 nömrəli Uşaq PoliklinikasıNərimanov rayonu, Fətəli xan Xoyski 79
24 nömrəli Şəhər PoliklinikasıNərimanov rayonu, Təbriz küçəsi 33
37 nömrəli Uşaq PoliklinikasıNərimanov rayonu, Təbriz 97
437 nömrəli Şəhər PoliklinikasıNərimanov rayonu, Yusifbəyli 73
Sabunçu rayonu
111 nömrəli Şəhər PoliklinikasıSabunçu rayonu, Bakıxanov Səməd Vurğun 8
212 nömrəli Şəhər PoliklinikasıSabunçu rayonu, Ə.Məmmədəliyev 10
32 nömrəli Birləşmiş Şəhər XəstəxanasıSabunçu rayonu, Ramana kəndi, Haqverdiyev 1
421 nömrəli Şəhər PoliklinikasıSabunçu rayonu, Zabrat 1, R.Axundov 28
522 nömrəli Şəhər PoliklinikasıSabunçu rayonu, Balaxanı,Şəfqət 1
636 nömrəli Şəhər PoliklinikasıSabunçu rayonu, Pirşağı qəs. H.Əliyev küç
7Bilgəh Sağlamlıq MərkəziSabunçu rayonu, Bilgəh qəs H.Hacıağa küç 21
8Kürdəxanı Sağlamlıq MərkəziSabunçu rayonu, M.Adil küç 1
9Nardaran Sağlamlıq MərkəziSabunçu rayonu, Nardaran q. Abşeron k1
Xətai rayonu
16 nömrəli Şəhər PoliklinikasıXətai rayonu, Əhmədli, M.Hadi 49
27 nömrəli Şəhər PoliklinikasıXətai rayonu, M.Rüstəmov 1
328 nömrəli Şəhər PoliklinikasıXətai rayonu, M.Mehdizadə 48)
438 nömrəli Şəhər PoliklinikasıXətai rayonu, Zığ yolu 22
58 nömrəli Uşaq PoliklinikasıXətai rayonu, Əhmədli qəs, Şıxlinski küç 59
614 nömrəli Şəhər PoliklinikasıXətai rayonu, Əhmədli qəs B.Süleymanov 20
7Zığ Sağlamlıq MərkəziXətai rayonu, Naximov küç 17
Suraxanı rayonu
123 nömrəli Şəhər PoliklinikasıSuraxanı rayonu, Hövsan H.Quliyev 10
242 nömrəli Şəhər PoliklinikasıSuraxanı rayonu, Əmircan qəs. E.Həsənov 52
31 nömrəli Birləşmiş Uşaq XəstəxanasıSuraxanı rayonu, Əmircan T.Bayramov küç.2
416 nömrəli Uşaq PoliklinikasıSuraxanı rayonu, Hövsan O.Şabanov küç. 9
524 nömrəli Şəhər PoliklinikasıSuraxanı rayonu, Suraxanı S.Bəhlulzadə 14
643 nömrəli Şəhər PoliklinikasıSuraxanı rayonu, Qaraçuxur Ə.Mehbalıyev 14
7Suraxanı Sağlamlıq MərkəziSuraxanı rayonu, Y.Suraxanı qəs. V.Xəlilov küç 12
8Hövsan Sağlamlıq MərkəziSuraxanı rayonu, MİDA yaşayış kompleksi
Xəzər rayonu
11 nömrəli Birləşmiş Şəhər XəstəxanasıXəzər rayonu, Buzovna qəs. R.Axundova küç.2a
24 nömrəli Birləşmiş Şəhər XəstəxanasıXəzər rayonu, Binə qəs F.Aynulov küç. döngə 2
345 nömrəli Şəhər PoliklinikasıXəzər rayonu, Şimali Dres.Bağlar küçəsi 2
4Zirə Sağlamlıq MərkəziXəzər rayonu, Şirvani küç. 1
Qaradağ rayonu
113 nömrəli Şəhər PoliklinikasıQaradağ rayonu, Müşviqabad qəsəbəsi
23 nömrəli Birləşmiş Şəhər XəstəxanasıQaradağ rayonu, Sahil qəs B.Əliyev 39
332 nömrəli Şəhər PoliklinikasıQaradağ rayonu, Ələt,Dəmiryolçular küçəsi 8
441 nömrəli Şəhər PoliklinikasıQaradağ rayonu, Buta qəs. Sovet küçəsi 9
Pirallahı rayonu
1Pirallahı Tibb MərkəziPirallahı rayonu Kamil Rzayev küçəsi 22/13


Reportyor.az 



SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 17:48