mobil versiya

"Sədərək" Ticarət Mərkəzində kütləvi dava



Qaradağ rayonunda bir nəfər döyülüb.
Hurriyyet.org xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 nəfər naməlum şəxs 1985-ci il təvəllüdlü Fərman Əmirovu Sədərək Ticarət mərkəzinin ərazisində döyüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan F.Əmirov xəstəxanaya yerləşdirilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsləri axtarır.

HADİSƏ
Tarix: 6-08-2019, 09:05