mobil versiya

Bakıda zoo mağazadan it boyunbağısını belə oğurladı - ANBAAN VİDEO




Bakıda zoo mağazalardan birində oğurluq hadisəsi qeydə alınıb. 

REPORTYOR.AZ məlumatına görə, hadisə dünən Həsən bəy Zərdabi 49 ünvanında baş verib.

İçəri daxil olan şəxs zoo mağazada itlər üçün satılan ağızlıq, boyunluq və digər aksesuarlardan götürüb.

Oğurluq edən şəxsin tanışı isə satıcının başını qatmaq və müşahidə aparmaqla məşğul olub.

Ümumilikdə mağazaya 150 manatlıq ziyan dəyib. Oğurluq edən şəxsin tapılması üçün polis sahə inspektoruna məlumat verilib.
KARUSEL / HADİSƏ
Tarix: 26-04-2022, 11:56