mobil versiya

“Dahilər - Unudulmazlar” adlı bədii-musiqili gecə keçiriləcək


Mayın 26-da Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının konsert zalında “Dahilər - Unudulmazlar” adlı bədii-musiqili gecə keçiriləcək. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə baş tutacaq gecədə Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Ehtiram Hüseynov, Anar Şuşalı, Rəşad İlyasov, tanınmış ifaçılar Mirələm Mirələmov, Nadir Qafarzadə, Zabitə Alıyeva, Taleh Yəhyayev, Sərxan Bünyadzadə, Vüsal Hacıyev, Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.
Bakı Sinfonietta Orkestrinin müşaiyəti ilə baş tutacaq tədbirdə görkəmli şairlərimiz Hüseyn Cavid, Ömər Faiq, Əhməd Cavad, Mikayıl Müşfiq və Bəkir Çobanzadənin unudulmaz əsərlərinə bəstələnmiş musiqilər səsləndiriləcək.
Biletləri şəhərin kassalarından,  ASAN xidmət mərkəzlərindən və İticket.az saytından onlayn əldə etmək olar. 

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-04-2024, 14:40