mobil versiya

"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşüb



"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona" klubunda təcrübə proqramı davam edir.
Bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Abasov proqram çərçivəsində "Barselona" Akademiyasının - "La Masiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşüb. Mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub.
O, səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. Baş məşqçi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona"nın prezidenti Joan Laporta ilə də görüşüb.(idman.biz)

KARUSEL / İDMAN
Tarix: 26-04-2024, 12:06