Qubadlıda sümük qalıqları tapılıb

Baş Prokurorluqdan verilən məlumata görə, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
KARUSEL / ÖLKƏ
Tarix: 6-05-2024, 14:52