mobil versiya

Buskets Bekhemin sahibi olduğu kluba transfer olunur


“Barselona” klubunun kapitanı Serxio Buskets İngiltərə millisinin əfsanəvi futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın “İnter Mayami” klubu ilə danışıqlar aparır.
Mənbə qeyd edir ki, 34 yaşlı futbolçunun Kataloniya klubu ilə olan müqaviləsi bu mövsüm başa çatır və dayaq yarımmüdafiəçisi karyerasını başqa klubda davam etdirmək niyyətindədir.
Məlumat üçün əlavə edək ki, Buskets “Barselona” futbol akademiyasının yetirməsidir və karyerası boyu yalnız bu klubun formasını geyinib.
O, “Barselona”nın heyətində 32 kubok qazanıb.
Mənbə: Diario Sport

İDMAN
Baxılıb: 41 Tarix: 22-09-2022, 15:27



Şərh bildir
yenilə, əgər kod görünmürsə