mobil versiya

ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşüb



ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb.
Bu barədə səfirliyin FB hesabında paylaşım edilib.
“Səfir Libbi Şuşada şəhərin inkişafı istiqamətində görülən işlər və onun məcburi köçkünlərinin qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar həmçinin regionun “yaşıl enerji”sini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, - paylaşımda qeyd edilib

KARUSEL / GÜNDƏM
Tarix: 6-05-2024, 14:23