mobil versiya

PSJ-nin yeni baş məşqçisi Messini komandada görmək istəyir




Fransanın PSJ komandasında baş məşqçi postuna əsas namizəd olan Maurisio Poçettino klub rəhbərliyinə başlıca şərtini açıqlayıb.

"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı argentinalı mütəxəssis İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini komandada görmək istədiyini bildirib.

Qeyd edək ki, PSJ-nin baş məşqçisi Tomas Tuxel vidalaşacağı və bu posta Maurisio Poçettinonun gətiriləcəyi deyilir.


SON XƏBƏR / KARUSEL / İDMAN
Tarix: 26-12-2020, 12:30