mobil versiya

“Qadın var, qardaşı Aqşindən yaxşı oğlandır, amma geyimi...” - Ələkbər



Meyxanaçı Ələkbər Yasamallı həmkarı Aqşin Fateh haqqında müzakirələrə səbəb olacaq açıqlama verib.

Musavat.com xəbər verir ki, sənətçi "Hər şey daxil" verilişində meyxanaçının son günlər yaşadığı qalmaqallara münasibət bildirib:

"Arvadlarla dava etməyə baxmıram. Amma sosial şəbəkədə qarşıma çıxır. Bəzi yerlərə girmək lazım deyil, batarsan. Geyiminə görə qiymət vermək olmaz. Qadın var ki, qardaşı Aqşindən qat-qat yaxşı oğlandır. Amma əyni-başı başqa cürdür, hərənin öz ailəsi var. Heç kim geyimə görə tərbiyəyə söz deyə bilməz. Cırıq şalvar geyinənə kim nə deyə bilər?

Aqşin gərək elə evdə oturardı, qayıtmazdı sənətə. İnciməsin, mən sözü bir dəfə deyirəm. Pisdirsə, gedirəm, geri qayıtmıram".

KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 12-10-2019, 21:11