mobil versiya

Nümayəndələr Palatasında Baydenlə bağlı araşdırmaya başlanılıb


ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Demokratlar Partiyasından olan prezident Co Baydenlə bağlı ilk araşdırmaya başlayıblar.
Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında konqresmen Ceyms Komer məlumat verib. “Söhbət ABŞ prezidenti Co Baydenin fəaliyyətilə bağlı təhqiqatdan gedir. Həm də onun nə üçün bəzi məsələlər barədə məlumatlı olması və ailəsinin beynəlxalq biznes sxemlərində iştirakı barədə amerika xalqına yalan danışması araşdırılır. Milli təhlükəsizlik maraqları komitənin araşdırma aparmasını tələb edir”, - deyə konqresmen bəyan edib.
O, həmçinin prezidenti ailəsini Çin və Rusiya kimi ölkə hökumətlərilə sıx əlaqələrdə ittiham edib.

KARUSEL / DÜNYA
Tarix: 18-11-2022, 13:00