mobil versiya

Tovuzda fəaliyyət göstərən kafedə istehlaka yararsız məhsullar aşkarlanıb



Tovuz rayonu, Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Xalıqverdiyev Asif İdris oğluna məxsus kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Belə ki, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. 



Faktla bağlı nöqsanlar aradan qaldırılanadək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:00