mobil versiya

Metronun “Cəfər Cabbarlı-Xətai” stansiyaları istiqaməti üzrə interval 5 dəqiqə azaldılıb



“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə daha bir sahədə qatarların hərəkət intervalı azaldılıb.

QSC-dən bildirilib ki, “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

“Məlum olduğu kimi, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub. Qatar hərəkətinin təhlükəsizliyini təmin edən sistemlərdə aparılmış texniki optimallaşma, sürət tənzimləmə sistemlərinin hərəkət sxeminə uyğunlaşdırılması və maşinistlərin iş rejimində edilmiş dəyişikliklər sayəsində belə bir nəticəyə nail olunub”.

Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:57