mobil versiya

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb



Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 21-08-2024, 10:16