mobil versiya

"Bakı Metropoliteni" sabahdan yay qrafikinə keçir


Sabahdan "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.
Bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.
Cədvəl metronun internet səhifəsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib.
Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.
Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-06-2024, 12:18