mobil versiya

Bakı metrosunda gecikmə...



Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.
Bu barədə Axar.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib.
Məlumata görə, buna səbəb texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunması olub.
Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.
***
Bakı metrosunda texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Hazırda intervalların tənzimlənməsi prosesi gedir. Əksər marşrutlar üzrə intervallar normallaşdırılıb.

SOSİAL
Tarix: 20-09-2022, 21:50