Bakı metrosunda basabas - SƏBƏB AÇIQLANDI
Bu gün səhər saatlarında Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov REPORTYOR.AZ-a açıqlamasında bildirib.
Verilən məlumata görə, səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır.
“Heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib. Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir.
Xüsusilə metronun “Koroğlu”, “Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır”, - deyə B.Məmmədov bildirib.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 13-11-2019, 11:00