mobil versiya

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO



Bakı metrosu gələn il yeni qatarlar alacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq.

H.Məmmədov əlavə edib ki, “Xətai” stansiyasının yaxınlığında Bənövşəyi xəttin şərti adı "B3" olan stansiyasında tikinti işləri tamamlanmaq üzrədir:

"Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılan 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verir.

Stansiyanın açılacağı tarix dəqiq məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur.

Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər daha başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər".
MARAQLI / KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 12-09-2019, 17:04