mobil versiya

Sumqayıt-Bakı sürət qatarı sərnişinlərə stressli anlar yaşatdı



Bu gün səhər saatlarında yenə Bakı-Sumqayıt sürət qatarı sərnişinləri pis vəziyyətə qoyub.

BAKU.WS
xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn qatarların hərəkətində ləngimələr müşahidə olunub.

Belə ki, Biləcəri stansiyasından saat 07:42-də yola düşən qatar 6 dəqiqə, Biləcəri stansiyasından 08:14-də yola düşən qatar isə 40 dəqiqə gecikib.

Qatardan istifadə edən sərnişinlər isə gecikmələrə görə olduqca məyus olublar. Bəziləri isə bu hala etirazlarını bildiriblər.

Qeyd edək ki, qatar yolboyu çox yavaş hərəkət edib.
HADİSƏ / ÖLKƏ
Tarix: 3-10-2019, 09:32