Bakı metrosunda qatarların intervalı dəyişdirildi
Bakı metropolitenində səhər saatlarından etibarən qatarların hərəkət qrafiki üzrə intervalı iki dəqiqəyə endirilib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə “oxu.az”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, intervalın aşağı endirilməsinə səbəb təhsil müəssisələrində tədrisin tam bərpa olunmasıdır:
“Artıq səhər saatlarından “Həzi Aslanov” - “28 may” stansiyaları arasında qatarların hərəkət intervalı iki dəqiqəyə endirilib.
Bakı metropoliteni sentyabrın 20-dən etibarən gücləndirilmiş rejimdə çalışır. Çünki son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya qaydalarında nisbətən yumşalma tədbirləri görməsi nəticəsində ictimai nəqliyyatda, eləcə də metro stansiyalarında sərnişin sıxlığının artması gözlənilir.
Ona görə də artıq metro stansiyalarının optimal hərəkət qrafikində müvafiq sıxlaşmalar aparılıb. Qatarların hərəkət intervalı gur saatlarda azaldılıb, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb.
Əgər stansiyalarda sıxlıq yaranması ehtimalı olsa, dərhal hərəkət qrafiki nəzərə alınmaqla ehtiyat qatarlar xəttə buraxılacaq”.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 29-09-2021, 12:30